Göyçayda Novruz və Ramazan bayramları ərəfəsində qəbiristanlıqlarda təmizlik işləri aparılıb
Novruz bayramı ərəfəsində Göyçay rayonunun kəndlərində yerləşən qəbiristanlıqlarda təmizlik işləri aparılıb.
15 mart 2025-ci il tarixdə rayonun Alpout, İnçə, Çaxırlı və Qarabaqqal kəndlərinin qəbiristanlıq ərazilərində rayon icra hakimiyyəti başçısı aparatının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, kənd bələdiyyələrinin təşkilatçılığı və sakinlərin iştirakı ilə aparılan təmizlik aksiyalarında məzarlıqların ətrafında səliqə-sahman yaradılıb, ərazi alaq otlarından və kol-kosdan təmizlənib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd məzarlıqların abad saxlanılması və ətraf mühitin qorunmasıdır. Rayonun digər kəndlərində də qəbiristanlıq ərazisində təmizlik işlərinin görülməsi davam etdirilir.
Rayonumuzun sakinlərini və yaxınlarının ziyarətinə gələn qonaqları qəbiristanlıq ərazilərində təmizliyə riayət etməyə, ətraf mühiti, təbiətimizi qorumağa çağırırıq.