Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Novruz” bayramı qeyd olundu

19 mart 2023 | 16:15

19 mart 2023-cü il tarixdə Göyçay şəhər stadionunda “Novruz” bayramı tədbiri keçirildi.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül-çiçək dəstələri düzüblər.

Tədbir iştirakçılarını Novruzun əsas personajı olan Bahar qızı qarşılayıb.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar şəhər stadionunda sərgilənən Novruz süfrələrinə, xonçalarına, qədim adət-ənənələrimizi yaşadan milli məişət əşyalarına, kəndirbazın və idmançıların nümunəvi çıxışlarına baxıb.

“Novruz” bayramı tədbirində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev xalqımızı, tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi əlamətdar Novruz bayramı münasibətilə təbrik edib, iştirakçılara cansağlığı, evlərinə, ailələrinə bol ruzi-bərəkət arzulayıb və bayram tonqalını alovlandırıb.

N.Ağayev qeyd edib ki, milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, mədəniyyətimiz Azərbaycan xalqı tərəfindən qorunub saxlanılmışdır. İnsanları baharın gəlməsi təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuşdur.

Tədbirdə Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev, şəhid atası Hüseyn Hüseynov çıxış edərək bildiriblər ki, Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşanılır, tonqallar qalanır. Prezident İlham Əliyevin Qarabağda  bayram tonqallarını alovlandırması hər birimizi qürurlandırır.

Sonra Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı bayram konserti bir-birindən rəngarəng çıxışlarla, Kosa və Keçəlin səhnəyə gəlişi ilə qonaqlara xoş anlar bəxş etmişdir.

Tədbir musiqili proqram ilə davam edib.

Keçidlər