Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Novruz bayramı münasibətilə tədbir keçirildi

18 mart 2025 | 15:23

18 mart 2025-ci il tarixdə Göyçayda Novruz bayramı münasibətilə şəhər mərkəzində tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçılarını bahar qızı salamlayıb və Uşaq Musiqi Məktəbinin şagird və müəllim kollektivinin ifasında novruza həsr edilmiş milli rəqslər və mahnılar dinlənilib.

Güləş, taekvando, karate, gimnastika idman növləri üzrə maraqlı kompozisiyalar, rəsm və kitab sərgiləri, əl işləri, dekorativ tətbiqi sənət nümunələri nümayiş olunub. Kosa və keçəlin çıxışı maraqla qarşılanıb.

Rayon Mədəniyyət Mərkəzinin “Nargilə” folklor qrupunun ifasında şifahı xalq ədəbiyyatına aid olan bayatılar söylənilib, milli mətbəx nümunələri təqdim edilib, bayram tonqalı alovlanıb.

Tədbir şəhər mərkəzində təşkil edilmiş bayram konserti ilə yekunlaşıb.

Keçidlər