Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Novruz bayramı ərəfəsində qəbiristanlıq sahələrində və yol kənarlarında abadlıq işləri həyata keçirilir

16 mart 2024 | 12:06

Göyçay rayon ərazisində hər il ənənəvi olaraq Novruz bayramı ərəfəsində keçirilən ümumrayon iməciliyində qəbiristanlıq sahələrinin təmiz saxlanılması və yol kənarlarının abadlaşdırılması istiqamətində rayon sakinləri də aktiv iştirak edirlər.

Martın 16-da rayon icra hakimiyyəti başçısının Alxasava, Şəhadət, Çərəkə, Aşağı Qaraməryəm, Çaxırlı, İnçə və Bəydövül kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə qəbiristanlıqlarda iməciliklər təşkil olunaraq abadlıq işləri aparılıb, məzarlıqların ətrafı səliqə-sahmana salınır, alaq otlarıdan və kol-kosdan təmizlənmə işləri aparılır.

İməcilik çərçivəsində rayon icra hakimiyyəti başçısının Məlikkənd, Cəyirli və Aşağı Qaraməryəm kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən magistral və kənd daxili yolların kənarında təmizlik işləri həyata keçirilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Rayon ərazisində analoji aksiyalar davam etdiriləcək.

 

Keçidlər