Göyçayda növbədənkənar prezident seçkiləri yüksək seçici fəallığı ilə müşayət olundu
7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri bütün respublika ərazisində olduğu kimi Göyçay rayonunda da yüksək seçici fəallığı ilə müşayət olundu.
Göyçaylılar rayon ərazisində iki seçki dairəsi üzrə yaradılmış 77 seçki məntəqəsində səsvermədə iştirak ediblər.
Rayonda fəaliyyət göstərən bütün seçki məntəqələrində seçicilərin səs vermə hüquqlarından rahat və təhlükəsiz istifadə etmək məqsədi ilə zəruri şərait yaradılıb.
12 məntəqədə şəffaflığı təmin etmək məqsədi ilə veb-kameralar quraşdırılıb, qeydiyyatdan keçmiş hər bir müşahidəçi üçün yerlər ayrılıb. Məntəqələrə daxil olan seçicilər azad şəkildə istədikləri namizədə səs verib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 92 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasının 8 nömrəli məntəqəsində səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilib.