Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Narkomaniyaya yox deyək”, “Erkən və qohum nikahların fəsadları” mövzularında tədbir keçirilib

24 fevral 2024 | 12:42

Göyçay şəhər 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Erkən və qohum nikahların fəsadları” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib.

Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə şagirdləri məlumatlandırmaq olub.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev məktəblilərlə görüşdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verib, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edənlər erkən və qohum nikahların fəsadlarından söz açıb, ölkə qanunvericiliyində nikah yaşı, erkən nikahın yaratdığı hüquq pozuntusu və digər məsələlərlə bağlı ətraflı məlumat veriblər.

Keçidlər