Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarfiləndirmə tədbiri keçirildi

26 iyun 2023 | 19:01

Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarfiləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışılaraq qeyd edilmişdir ki,  BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun tarixi “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur.

Daha sonra tədbirdə ölkəmizdə bəşəri bəlaya qarşı mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırıldığı, bu sahədə  ciddi və ardıcıl mübarizə aparıldığı vurğulanmışdır.

Çıxışlarda narkomaniyaya qarşı mübarizə sahəsində rayonda həyata keçirilən tədbirlərdən, aparılan təbliğat işlərindən də ətraflı danışılıb.

Tədbirdə iştirak edən kənd inzibati ərazi dairələri üzrə nümayədələrə və bələdiyyə sədrlərinə yerlərdə əhali arasında müvafiq təbliğat işlərinin aparılması, narkomaniyanın ağır nəticələri barədə maarifləndirmə tədbirlərinin görülməsi tövsiyə edillmişdir.

Keçidlər