Göyçayda “Narkomaniyanın mənfi fəsadları” mövzusunda maarifləndirici təbdir keçirilib
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında “Narkomaniyanın mənfi fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə inzbati ərazi dairəsi üzrə nümayəndəliklər, yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri, rayon polis şöbəsinin, rayon təhsil sektorunun əməkdaşları iştirak etmişlər.
İştirak edənlər müasir dövrün ən mühüm problemlərindən biri olan narkomaniyanın sağlam həyat tərzi üçün təhlükə törətməsindən danışılmış, bəşəriyyəti böyük təhlükə qarşısında qoyan və başlıca bəlaya çevrilən narkomaniyanın insan orqanizminə, səhhətinə, sağlamlığına və mənəviyyatına ağır zərbə vurmasından və ona qarşı aparılan mübarizə tədbirlərindən bəhs edilib.