Göyçayda “Narkomaniya və onun törətdiyi bəlalar” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
25 noyabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay şəhər R.Rza adına 1 saylı tam orta məktəbdə “Erkən nikah və qohumlar arasında nikahın fəsadları”, “Narkomaniya və onun törətdiyi bəlalar”, “Dini radikalizm və onunla mübarizə”, “Məişət və gender zorakılığı” və “Uşaqlara qarşı zorakılıq” mövzularında maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə müəllimlər, yuxarı sinif şagirdləri və valideynlər iştirak etmişdir.
Əvvəlcə rayon Poşlis şöbəsinin rəisi Müqalib Abdıyev “Narkomaniya və onun törətdiyi bəlalar” mövzusunda geniş məlumat vermiş, daha sonra rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova “Erkən nikah və qohumlar arasında nikahın fəsadları”, rayon Təhsil sektorunun müdiri Rauf Məmmədov “Uşaqlara qarşı zorakılıq”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndəsi Rauf Nəsirov “Dini radikalizm və onunla mübarizə” mövzularında çıxışlar etmişlər.
Sonra mövzular ətrafında iştirakçıları maraqlandıran sullar ətrafında diskussiya aparılmışdır.