Göyçayda narkomaniya, erkən və qohum nigahlarının fəsadları, dini radikalizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş tədbir keçirilmişdir
26 yanvar 2023-cü il tarixdə Göyçay şəhər Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə narkomaniya, erkən və qohum nigahlarının fəsadları, dini radikalizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş tədbir keçirilmişdir
Tədbirdə rayon Polis Şöbəsinin rəisi polkovnik Müqalib Abdıyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini – yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Zivər Zeynalova, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Regional nümayəndəsi Rauf Nəsirov, rayon Təhsil Sektorunun məsul əməkdaşı Lütviyar Qurbanov iştirak və çıxış edərək gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən və qohum nikahın yaratdığı problemlər barədə gəncləri məlumatlandırmışlar.