Göyçayda narkomaniya, erkən və qohum nigahlarının fəsadları, dini radikalizmə qarşı mübarizə məsələləri mövzularında tədbir keçirilib
15 mart 2024-cü il tarixdə Göyçay şəhər 6 nömrəli tam orta məktəbdə narkomaniya, erkən və qohum nigahlarının fəsadları, dini radikalizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə rayon Polis Şöbəsinin rəisi polkovnik Müqalib Abdıyev, rayon icra hakimiyyəti başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Tofiq Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay şöbəsinin əməkdaşı Əzim Rəfiyev və Göyçay şəhər 6 nömrəli tam orta məktəbin direktoru Yeganə Mehdiyeva iştirak edib.
Çıxış edənlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən və qohum nikahın yaratdığı problemlər barədə gəncləri məlumatlandırmışlar.