Göyçayda Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub
Göyçayda Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, YAP Göyçay rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
RİH başçısı Orxan Mürsəlov çıxışında dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, qeyri-adi idarəçilik bacarığı olan Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını və davamlı mübarizə apararaq əbədi müstəqillik qazandığını bildirmiş, xalqımızın milli sərvəti olan dahi şəxsiyyətin zəngin, çoxşaxəli irsini qoruyub saxlamağın hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğunu qeyd etmişdir.
Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev Ulu Öndərin həyat və fəaliyyəti haqqında danışmışlar.






