Göyçayda mülki müdafiə üzrə 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr”lə bağlı metodiki toplantı keçirilib
27 dekabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında “Göyçay rayonu üzrə 2024-cü il üçün Mülki müdafiə tədbirləri planında 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr”lə bağlı metodiki toplantı keçirilib.
Toplantıda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayon fövqəladə hallar komissiyasının üzvləri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.
Rayon İcra Hakimiyyətinin mülki müdafiə qərargahının rəisi İsmayıl Hüseynov, rayon fövqəladə hallar komissiyasının üzvü, rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Samir Xəlilov çıxışlarında tədbirin əhəmiyyətindən bəhs edərək, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Metodiki toplantı zamanı mövzu ilə bağlı müzakirələr aparılmış, suallar ətraflı şəkildə cavablandırılmışdır.