Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda mülki müdafiə üzrə 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı metodiki toplanış keçirilib

14 dekabr 2023 | 17:56

14 dekabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2023-cü il üçün Mülki müdafiə tədbirləri planına əsasən mülki müdafiə üzrə 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı metodiki toplanış keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik-leytenant Elşən Bəşirov, Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi kapitan Vüqar İbrahimli, şöbənin rəis müavini kapitan Pərvin Məmmədov və rayonun idarə-müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir zamanı mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması ilə bağlı görülən işlər təhlil edilib, qarşıda duran vəzifələrdən ətraflı danışılıb.

Eyni zamanda müvafiq idarə, təşkilat və müəssisə rəhbərlərinin keçirilən tədbirlə bağlı təklifləri dinlənilib, görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.

Keçidlər