Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

07 oktyabr 2023 | 11:05

06 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdulrəhmanov, Birliyin Nəzarət təftiş komissiyasının sədri Niyazi Quliyev, Birliyin Xətai rayon şöbəsinin sədr müavini Əhli Hədiyev, rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov və rayonun müharibə veteranları iştirak edib.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə dövlətimizin müharibə veteranlarına, müharibə əlillərinə və şəhid ailələrinə şamil etdiyi güzəşt və imtiyazlardan yararlana bilmələri üçün hüquqi yardım göstərilməsi və onların qarşılaşdığı problemlərin araşdırılmasından söhbət açılıb.

Tədbir Vətən Müharibəsi Veteranları ilə səmimi söhbət və dialoq əsasında davam edib.

Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.

 

Keçidlər