Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib

28 sentyabr 2024 | 11:38

27 sentyabr 2024-cü il tarixdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib

İclasda qeyri-formal məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericiliyin tələblərinin yerinə yetirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası komissiyasının keçirilmiş iclaslarında verilmiş tapşırıq və tövsiyələrin nəzərə alınması və icrasının təmin olunması geniş müzakirə olunmuşdur.

İclasda komissiya üzvləri tərəfindən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” nın səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətininin müəyyən edildiyi qeyd edilib.

Həmçinin qeyri-formal məşğulluğun əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradıldığı vurğulanıb.

Müzakirələr zamanı Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq Filialının Göyçay Xidmət Şöbəsinin əməkdaşı Sadıq Məmmədov, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 2 saylı Mərkəzi Aran Regional Filialının müdiri İlqar Səmədov, 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Elçin Nəcəfov və digər Komitə üzvləri çıxış edərək bu sahədə mövcud olan problemlərdən və maarifləndirmənin əhəmiyyətindən danışmış, məşğulluğunun təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı təklif və tövsiyyələrini bildirmişlər.

İclas iştirakçılarının nəzərinə çatdırılmışdır ki, məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclasının əsas məqsədi rayon ərazisində işsizliyin qarşınının alınması, əmək bazarında gərginliyin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssiələrində işaxtaran və işsiz vətəndaşların ilk növbədə səmərəli həll edilməsidir.

Keçidlər