Göyçayda məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib
29 avqust 2025-ci il tarixdə Göyçay şəhərində fəaliyyət göstərən “Göyçay-Avtoservis” MMC-də rayon məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib
İclasda qeyri-formal məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericiliyin tələblərinin yerinə yetirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası komissiyasının keçirilmiş iclaslarında verilmiş tapşırıq və tövsiyələrin nəzərə alınması və icrasının təmin olunması geniş müzakirə olunmuşdur.
İclasda komissiya üzvləri tərəfindən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” nın səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətininin müəyyən edildiyi qeyd edilib.
Həmçinin qeyri-formal məşğulluğun əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradıldığı vurğulanıb.
Rayon məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin üzvləri Göyçay rayon icra hakimiyyətinin əməkdaşı Ağarəhim Rəhimov, 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Elçin Nəcəfov və digər Komitə üzvləri çıxış edərək bu sahədə mövcud olan problemlərdən və maarifləndirmənin əhəmiyyətindən danışmış, məşğulluğunun təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı təklif və tövsiyyələrini bildirmişlər. Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq Filialının Göyçay Xidmət Şöbəsinin, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 2 saylı Mərkəzi Aran Regional Filialının və iclasda iştirak edən digər aidiyyəti qurumların əməkdaşları tərəfindən cavablandırıldı.
İclas iştirakçılarının nəzərinə çatdırılmışdır ki, məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclasının əsas məqsədi rayon ərazisində işsizliyin qarşınının alınması, əmək bazarında gərginliyin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssiələrində işaxtaran və işsiz vətəndaşların ilk növbədə səmərəli həll edilməsidir.






