Göyçayda könüllü qanvermə aksiyası təşkil edilmişdir
Aşura günündə ölkənin bir sıra məscid və ziyarətgahlarında, o cümlədən, Göyçay rayon “Əbülfəzlil Abbas” məscidində qanvermə aksiyası keçirilib.
16 iyul 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Göyçay Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Göyçay rayon “Əbülfəzlil Abbas” məscidində qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyasına qoşulmaq üçün müraciət edən şəxslərin tibbi heyət tərəfindən sağlamlıq göstəriciləri təyin edildikdən sonra onlardan qan ehtiyatı götürülüb.
Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Ümumilikdə qanvermə aksiyası zamanı 120 nəfər rayon sakini qan vermişdir.
Qeyd edək ki, qanvermə aksiyasında toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunmaq üçün nəzərdə tutulur.