Göyçayda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş dəyirmi masa təşkil edilib
10 mart 2025-ci il tarixdə Göyçay Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. 2025-ci ildə Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü tamam olur. Müstəqil və suveren dövlətə sahib olan ölkəmizdə 2025-ci iin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dünyada yaşayan bütün azərbaycanlıları sevindirir.
Tədbirdə çıxış edən Göyçay Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Könül Musayeva, rayon qabaqçıl tarix müəllimi Firəngiz Məmmədyarova, rayon Polis Şöbəsinin polis sahə rəisi Nihat Abbasov qeyd ediblər ki, Azərbaycan 30 ildən artıq müharibə şəraitində yaşayaraq torpaqları işğal altında qalan, suverenliyi və ərazi bütövlüyü pozulan ölkə olmasına baxmayaraq, mübarizə əzmi qırılmayan və daim inkişaf edən bir ölkəyə çevrilib.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.