Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

27 oktyabr 2025 | 17:49

27 oktyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Göyçay rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərkəzin foyesində vətənpərvərlik mövzusunda sərgilənən rəsm əsərləri ilə müəllif Ehtiram Kərimov tədbir iştirakçılarını tanış edib.

Sonra akt zalında davam edən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova qeyd edib ki, Zəfər yolu böyük yoldur. Bu yol Konstitusiyanın müəllifi, Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanmış və ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla, şanlı Qələbə ilə yekunlaşmış bir yoldur. Zəfərə gedən yol qəhrəman Vətən oğullarının qanı bahasına başa gəldi. Müharibə dövründə ölkəmiz bütün cəbhələrdə uğurla mübarizə apararaq qələbə əldə etdi. Bu gün əzəli tarixi torpaqlarımıza yeni həyat qayıdır, Qarabağda nəhəng layihələr həyata keçirilir.

Tədbir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının və oxucularının, həmçinin rayon Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonda rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin qabaqcıl əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

Keçidlər