Göyçayda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib
11 aprel 2025-ci il tarixdə YAP Göyçay rayon təşkilatının inzibati binasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib
Konfransda Göyçay rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə YAP Göyçay rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Kostitusiyasının müəllifi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
“Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş elmi-praktik konfransı giriş sözü ilə açan Zivər Zeynalova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür.
Çıxış edənlər respublikanın Əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı, Göyçay Peşə liseyinin tərbiyə işləri üzrə direktor müavini Bahar Bədəlova, Göyçay Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi, kiçik Ədliyyə müşaviri Amid Əsgərov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aytən Zeynalova dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncamı ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edir, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndiriblər.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək, dövlətin mövcudluğu və inkişafı, dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtləndiyini qeyd edib. Partiyaya yeni üzv olmuş bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələrini təqdim edib.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş edilib.