Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon sakinlərinə ödənişsiz hüquqi yardım göstərilib

10 iyul 2025 | 16:14

Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində ənənəvi olaraq aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilir. 

10 iyul 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Göyçay Gənclər Evində rayon sakinlərinə pulsuz hüquqi yardım aksiyası keçirilmişdir.

Aksiyada Azərbaycan Respublikası Milli Məclisi aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Həsən Şirinov, Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Samir Xəlilov, Göyçay rayon Vəkil bürosunun müdiri Mətanət Həsənova, vəkillər Nəzmi Qasımov, Rahim Bayramov iştirak ediblər.

Göyçay rayon Vəkillər bürosunun vəkilləri tərəfindən vətəndaşlar fərdi qaydada dinlənərək problemlərinə hüquqi cəhətdən aydınlıq gətirilib. Aksiya çərçivəsində ümumilikdə 30-a yaxın rayon sakini ödənişsiz hüquqi yardımdan faydalanıb.

Keçidlər