Göyçayda “Konstitusiya və Suverenlik İli” çərçivəsində kitab sərgisi və dəyirmi masa təşkil olunub
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq Göyçay rayonunda silsilə tədbirlər keçirilir. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Yeniarx, Ləkçılpaq kənd kitabxana filiallarında, Göyçay Dövlət Peşə Liseyində kitab sərgisi və dəyirmi masalar təşkil olunub.
Tədbirlərdə sərgilərə baxış keçirilib. Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın güclənməsi və beynəlxalq arenada müstəqil və suveren dövlət kimi mövqeyinin daha da möhkəmlənməsi ölkə siyasətinin prioritetini təşkil edir, çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş olunub.