Göyçayda “Konstitusiya və Suverenlik ili” çərçivəsində 20 sentyabr – Dövlət Suverenliyi günü münasibətilə tədbir keçirilib
“Konstitusiya və Suverenlik ili” çərçivəsində 20 sentyabr - Dövlət Suverenliyi günü münasibətilə Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin əməkdaşları, rayon ziyalıları, Vətən Müharibəsi və antiterror əməliyyatının iştirkçıları, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suvrenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək qeyd edib ki, Şanlı Azərbaycan Ordusu tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarından iki il ötür. Dövlətçilik tariximizə yazılmış 2023-cü il 19-20 sentyabr tarixləri Azərbaycan xalqının əbədi qürur mənbəyi olacaq. Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Bundan sonraki mərhələdə isə cəmi bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi, sərhədlərimiz bütövləşdi. Əslində bu əməliyyat təkcə hərbi qələbə deyil, həm də beynəlxalq hüquq çərçivəsində dövlət suverenliyinin bərpası, ərazi bütövlüyünün tam təmin edilməsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından tarixi dönüş nöqtəsi oldu.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonunun Ərəbcəbirli və Çərəkə kəndindən olan antiterror əməliyyatının iştirkçılarına təşəkkürnamə və hədiyyə təqdim edilib.
44 günlük Vətən müharibəsi şəhidi Orxan Kərimlinin atası Akif Kərimov, Vətən müharibəsi iştirakçısı Yeniarx kənd tam orta ümümitəhsil məktəbinin direktoru Ayaz Babayev çıxış edərək böyük Zəfər əldə edilməklə Azərbaycanın suverenliyinin əbədi olaraq təmin edilməsini gələcək nəsillərə azad, güclü dövlət miras qoyulduğunu bildiriblər.
Göyçay Tarix Diyarşunaslıq Muzeyinin əməkdaşı Nuranə Soltanova daim muzeylərimizin Qələbə və Zəfər guşələri ilə zəngin olması qeyd edib.
Tədbir bədiii hissə ilə davam edib.






