Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə “Qurtuluşdan Zəfərə” adlı elmi-praktik konfrans keçirilib

13 iyun 2025 | 15:26

13 iyun 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə “Qurtuluşdan Zəfərə” adlı elmi-praktik konfrans keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Göyçay şəhər mərkəzində ucalmış abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini hörmət və ehtiramla yad ediblər.

Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək 15 iyun tarixinin Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğulayaraq bu tarixi günün yaranmasının Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. 

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Samirə İsmayılova “Heydər Əliyev və Azərbaycan təhsili”, rayon Statistika İdarəsinin müdiri Teymur Şirinov “Heydər Əliyev və Azərbaycanda statistik informasiya sisteminin formalaşması”, Göyçay Gənclər Evinin əməkdaşı Lalə Məmmədova “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzularında çıxışlar ediblər.

Sonra YAP sıralarına yeni daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına yubileyləri münasibətilə Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Keçidlər