Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda işsiz və işaxtaranlar üçün əmək yarmarkası keçirilib

25 iyul 2025 | 16:48

25 iyul 2025-ci il tarixdə Göyçay Gənclər Evində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialı və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası keçirilib.

Əmək yarmarkasında rayon icra hakimiyyəti başçısı Natiq Ağayev, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının müdir müavini Zahir Qədirli, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları, rayon sakinləri iştirak ediblər.

Aktiv məşğulluq tədbirində 15 müəssisədən 100-dək çox vakansiya təqdim edilib. İşsiz və işaxtaran vətəndaşlara bu vakant iş yerlərinə göndərişlər verilib. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığına, ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

 

Keçidlər