Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda işsiz və işaxtaranlar üçün əmək yarmarkası keçirildi

01 dekabr 2023 | 15:58

01 dekabr 2023-cü il tarixdə Göyçay Gənclər Evində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialı və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası keçirilib.

Əmək yarmarkasında rayon icra hakimiyyəti başçısı aparatının nümayəndələri, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının müdiri Müşviq Qurbanov, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları, rayon sakinləri iştirak ediblər.

Aktiv məşğulluq tədbirində 17 müəssisədən 120-dən çox vakansiya təqdim edilib. İşsiz və işaxtaran vətəndaşlara bu vakant iş yerlərinə göndərişlər verilib. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığına, ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Keçidlər