Göyçayda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
5 iyun 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətində “İnsan Hüquqları Aylığı” çərçivəsində dəyirmi masa təşkil edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Z.Zeynalova insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Samir Xəlilov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş hüquqlarının kifayət qədər əhatəli şəkildə təsbit olunması və bu hüquqları tanımaq, müdafiə və təmin etməyin isə dövlətin əsas məqsədi olduğunun elan edilməsidir.
Sonra rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş şöbəsinin müdiri Yusif Cəbrayılov çıxış edərək bildirib ki, “İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır.
#GöyçayRayonİcraHakimiyyəti #GöyçayRİH #RİH #Göyçayrayonu #Göyçay #İcraHakimiyyəti #İnsanHüquqlarıAylığı #HumanRightsMonth