Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda iftar süfrəsi ətrafında “Azərbaycan multikultural dəyərlərə sadiqdir” mövzusunda görüş keçirilib

28 mart 2024 | 17:32

27 mart 2024-cü il tarixində Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay və Ağdaş rayonlarının din xadimləri və dini icma nümayəndələri ilə iftar süfrəsi ətrafında “Azərbaycan multikultural dəyərlərə sadiqdir” mövzusunda görüş keçirib.

Görüşdə Göyçay və Ağdaş Rayon İcra Hakimiyyətləri başçılarının müavinləri Zivər Zeynalova və Aynur Novruzova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbə müdiri İlham Qəribov iştirak ediblər.

M.Əfəndiyev çıxış edərək Azərbaycanın hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olduğunu vurğulayaraq, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizin digər din və mədəniyyətlərə də qucaq açdığını, əksər ölkələrdən fərqli sivilizasiya formalaşdırdığını qeyd edib.

Məhz multikultural dəyərlərin qorunması istiqamətində əldə etdiyimiz nailiyyətin xalqımızın vəhdət təşkil edərək ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasında rolunu xüsusi vurğulayıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dini-mənəvi dəyərlərimizə göstərilən diqqət, qayğıdan söhbət açılıb.

Görüş müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirilməsi ilə davam edib.

Keçidlər