Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda idmançılarla görüş keçirilib

08 iyul 2024 | 16:42

Gimnastika və Uşu idman növü üzrə yüksək nəticə əldə edən idmançılarla Göyçay Olimpiya İdman Kompleksində görüş keçirilib.

Görüşdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Göyçay Gənclər və idman sektorunun müdiri Təranə Nuriyeva, Göyçay Olimpiya İdman Kompleksinin müdiri Fuad Ağayev iştirak ediblər.

Tədbirdə Bakı şəhərində keçirilən “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı  Beynəlxalq  “Challenge”-də  “Cowgirls” komandası qızıl medala layiq görüldüyünə görə komandanın məşqçisi Şəfiqə Eyvazlı, xoreoqrafı Şəhanə Cəfərova, həmçinin üzvləri iştirak ediblər.

Həmçinin Bakı şəhərində keçirilən Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş döyüş idman növləri festivalında I yer tutduqlarına görə Göyçay Xan Uşu Klubunun rəhbəri Orxan Ələkbərov və klubun digər üzvləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək yarışlarda qalib gələn idmançıları təbrik edib, ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açıb və rayon icra hakimiyyəti başçısının təşəkkürnamələrini idmançılara təqdim edib.

Görüş zamanı idmançılar tərəfindən Gimnastika və Uşu idman növü üzrə nümunəvi çıxışları nümayiş olunub.

 Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.

Keçidlər