Göyçayda “Heydər Əliyev və Muzeylərimiz” adlı tədbir keçirildi
18 may 2023-cü il tarixində Göyçay şəhərində “Heydər Əliyev İli” çərçivəsində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Heydər Əliyev və Muzeylərimiz” adlı tədbir keçirilib.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülçin Babayeva çıxış edərək muzey işçilərini Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik ediblər, muzeylərin fəaliyyət göstərməsinin cəmiyyətimizin inkişafında xüsusi çəkisi olduğunu vurğulayıblar.
Tədbirdə qeyd olunub ki, hər il müxtəlif başlıqlarla keçirilən Muzeylər Gününün Heydər Əliyevin ilində qeyd olunması xüsusi önəm kəsb edir. Hər bir sahəyə diqqətlə yanaşan ümummilli liderin təşəbbüsü və dəstəyi ilə regionlarda Tarix Diyarşünaslıq muzeyləri, görkəmli şəxslərin ev muzeyləri yaradılmışdır. Azərbaycanda muzey işi sahəsində görülən işlər, həyata keçirilən islahatlar Ulu Öndərin adı ilə sıx bağlıdır. Muzeylərdə maraqlı eksponatların nümayiş olunması və müxtəlif mədəni tədbirlərin keçirilməsi gənc nəslə öz tarixini daha dərindən öyrənməsinə şərait yaradır.
Sonra Göyçay Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı ilə konsert proqramı təşkil olunub, məktəblilərin və məktəbəqədər müəssisələrin körpə fidanlarının ifasında vətənpərvərlik şeirləri səsləndirilib.
Tədbirin sonunda qonaqlar muzeydə sərgilənən eksponatlara baxış keçiriblər.