Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi

01 avqust 2023 | 16:46

 

“Heydər Əliyev İl”i ilə əlaqədar 01 avqust 2023-cü tarixdə Göyçay şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül-çiçək  dəstələri düzüblər.

Göyçay rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında dəyirmi masa ətrafında davam edən tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin  başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, respublikanın Əməkdar müəllimi  Adil Məmmədov, rayon ziyalıları iştrak ediblər.

Dəyirli masanı giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin  başçısının müavini Zivər Zeynalova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədəbi dilinin saflığına daim diqqət və qayğı göstərməsindən, Ulu Öndərin çıxışlarında hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dili olduğunu xüsusi qeyd edib.

Respublikanın Əməkdar müəllimi Adil Məmmədov, şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İlahə Aslanova, Göyçay şəhər 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Əliyeva Azərbaycan dilinə dövlət dil statusunun verilməsinin məhz Ümummilli Liderin səyi və təşəbbüsü ilə 1978-ci ildə aprelin 27-də Azərbaycan SSRİ Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi ilə yazıldığını vurğulayıblar.

Bildiriblər ki, Heydər Əliyevin  2001-ci ilin 9 avqust  tarixli Fərmanı ilə  “01 avqust  Azərbaycan əlifbası və Azərbaycan dili” günü  kimi qeyd olunur. Ana dilin  hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurverici olduğu qeyd edilib. Dil təkcə ünsiyyət vasitəsi deyil, həmdə xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından aslı olmayaraq  hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı və onları təbliğ etməlidir.

Sonda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş olunub.

Keçidlər