Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Heydər Əliyev - Müasir gənclər siyasətinin banisidir” mövzusunda tədbir keçirilib

30 noyabr 2023 | 18:45

30 noyabr 2023-cü il tarixdə Göyçay Gənclər Evində "Heydər Əliyev İli" çərçivəsində  Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev - Müasir gənclər siyasətinin banisidir” mövzusunda tədbir keçirildi.                                                                 

Tədbirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Aydın Məmmədov, Mərkəzi Aran Regional Gənclər və idman İdarəsinin rəisi Azad Gözəlov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova və rayon gəncləri iştirak ediblər.                                                                            

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə  gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Rayon Gənclər evində davam edən tədbiri giriş sözü ilə Göyçay Gənclər və İdman Sektorunun  rəis əvəzi Təranə Nuriyeva  açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanda Gənclər siyasətinin formalaşmasında əvəzsiz xidmətlərinin  olduğunu vurğulayıb, Ümummilli lider Heydər Əliyevin və  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz  xatirələri bir dəqiqəlik sükütla anılıb.

 Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan gəncliyinin hər zaman ölkənin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq  dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişaf mərhələsində öz bilik və bacarıqları ilə iştirak etdiyini, vətənə, dövlətə bağlılıqlarını, eləcə də vətənin qorunmasında canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmalarını qeyd edib. Ümummilli liderin siyasi kursu və Azərbaycan gəncliyi haqqında fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə rayon gəncləri adından çıxış edən Suray Mirzəyeva, Səmra Vahidli Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və Gənclər siyasətinin inkişafında tarixi fəaliyyətindən  söz açıblar.

Bədii proqramla davam edən tədbirdə gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, daha sonra Uşaq Şahmat məktəbində rayon birinciliyində ilk 3 yeri tutan oğlan və qızlar diplomlarla təltif olunublar.

Keçidlər