Göyçayda “Heydər Əliyev İli” ilə əlaqədar “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirildi
16 sentyabr 2023-cü il tarixdə rayon icra hakimiyyəti başçısı aparatının inzibati binasında “Heydər Əliyev İli” ilə əlaqədar “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirildi.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları rayon icra hakimiyyəti başçısı aparatının inzibati binasında Ümummilli Liderin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının akt zalında davam edən təbdirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatında tərəqqi dövrünü əhatə edən bütöv bir dövr Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və bugünkü inkişafının təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” böyük rol oynayır. “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır» mövzusunda təşkil olunmuş tədbirimizdə hər birinizi salamlayır və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Daha sonra Azəriqaz İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar Sahəsi Göyçay Xidmət sahəsi üzrə əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Nərmin Xudaverdiyevaya “Heydər Əliyev İli” ilə əlaqədar “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda məruzə ilə çıxış edib.
Respublikanın Əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı, İqtisadiyyat üzrə fəlsəfə doktoru, Göyçay Dövlət İdarəetmə və texnologiya kollecinin müəllimi Nurməmməd Tağıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov, Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcəyinə əmin olduqlarını vurğulayıblar.