Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövsuzunda dəyirmi masa keçirilib

12 oktyabr 2023 | 16:55

Oktyabrın 12-də Göyçay Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövsuzunda dəyirmi masa keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, respublikanın əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Dəyirmi masa ətrafında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək bildirdi ki, Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış Ümummilli Lider Heydər Əliyevin bu il anadan olmasının 100 ili tamam olduğunu tədbir iştirakçılarına xatırladaraq qeyd edib ki, Heydər Əliyev yolu çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir.

Ulu öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xöşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürərək vacib addımlar atıb.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikanın qarşısında duran prioritet məsələlərdən biri də milli mənafe əsas tutulmaqla xarici siyasət strategiyasının reallaşdırılması olduğunu və ölkəni ağır vəziyyətdən çıxarmaq üçün praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilib həyata keçirilməsi qarşıda duran ən vacib məsələ olduğunu qeyd edib.

Dəyirmi masada çıxış edən rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Yaqut Mövlamova, respublikanın əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı, rayonun qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova əsası Ulu öndər tərəfindən qoyulmuş xarici siyasət strategiyası özünəməxsus dəst-xətti qorumaqla bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək ölkəmizin daha da qüdrətlənməsinə xidmət etdiyini vurğulayıblar.

Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Keçidlər