Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Heydər Əliyev İli” çərçivəsində rayon qadınlarının konfransı keçirilib

04 oktyabr 2023 | 17:23

04 oktyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında “Heydər Əliyev İli” çərçivəsində rayon qadınlarının konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində Ümummilli Liderin büstü üzərinə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

“Heydər Əliyev İli”ndə keçirilən konfrans Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon İcra Hakimiyyəti başçısının  müavini  Zivər Zeynalova konfransı açıq elan edərək bildirdi ki, iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizdə, milli-mənəvi dəyərlərimizin formalaşmasında tarix boyu böyük rol oynamış qadınlarımız bu gün də müstəqil dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndədirlər. Ölkəmizdə qadın hərəkatının formalaşmasında, Azərbaycan qadınının yüksək dəyərlərə bağlılığının dünyaya tanıdılmasında respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial–iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsi, aparıcı məsləhətçisi Yaqut Mövlamova,  Şəhər 4 nömrəli tam orta məktəbin qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova, Dövlət İdarəetmə Texnologiya Kollecinin direktor müavini Səbinə Qurbanova, Göyçay Tarix-diyarşunaslıq muzeyinin direktoru Gülçin  Babayeva, Heydər Əliyev Mərkəzinin  əməkdaşı Könül Bayramova qeyd etdilər ki, qadınların hər zaman  aparıcı qüvvə  olduğunu bildirən Ümummilli  Liderimiz onların milli  xüsusiyyətlərini  olduqca yüksək dəyərləndirib.

44 günlük Vətən müharibəsində qazandığımız qələbədə qadınlarımızın rolu xüsusi qeyd olunub. Azərbaycan qadını bu zəfəri təmin edən igid oğulları yetişdirən, xalqımızın tarixdən süzülüb gələn qəhrəmanlıq ənənələrini öz övladlarına aşılayan, onları öz xeyir-duası ilə döyüşə yola salan böyük qüvvədir.

Sonda qadınların VI qurultayına nümayəndələr seçilib.

Keçidlər