Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının müxtəlif nominasiyaları üzrə qalibləri mükafatlandırılıb

15 dekabr 2023 | 18:40

15 dekabr 2023-cü il tarixdə Göyçay Gənclər Evində istedadlı və qabiliyyətli uşaqların iştirakı ilə bədii proqramla müşayiət olunan konsert tədbiri keçirilib.

Tədbir iştirakçıları Gənclər evinin foyesində Ümummilli liderin büstü önünə  gül-çiçək dəstələri düzüb, daha sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

“Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  

Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin məsul əməkdaşları iştirak ediblər. 

Festivalın müxtəlif mərhələlərində iştirak etmiş gənc istedadların ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar, solo ifalar, xalq musiqisinin inciləri, xalq rəqsləri və bədii qiraət üzrə qaliblərin şeirləri təqdim olunub. Konsert boyunca ifaçıların çıxışları tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb.

Festival iştirakçılarının qaliblərinə, həmçinin idman yarışlarında fərqlənən yeniyetmə və gənclərə rayon icra hakimiyyətinin diplomları təqdim olunub.

Keçidlər