Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş 360 şagird yerlik Qarabaqqal kənd tam orta məktəbinin açılış mərasimi keçirilib

15 sentyabr 2025 | 15:39

15 sentyabr 2025-ci il tarixdə “Bilik Günü” və yeni inşa edilmiş Qarabaqqal kənd tam orta məktəbinin açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, Heydər Əliyev Fondunun məsul əməkdaşı Cəmil Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov və YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suvrenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, Heydər Əliyev Fondunun məsul əməkdaşı Cəmil Əliyev Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın uğurla davam etdirilməsinin nəticəsi olaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkədə yüzlərlə məktəb və uşaq bağçaları tikildiyini qeyd ediblər. Həmçinin vurğulanıb ki, bu gün Heydər Əliyev Fondu tərəfindən müasir tələblərə cavab verən Qarabaqqal kənd tam orta məktəbinin yeni binasının inşa edilərək istifadəyə verilməsi gənc nəslə və təhsilə göstərilən böyük diqqət və qayğının təzahürüdür.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov çıxış edərək qeyd edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş qərara əsasən bu gün ilk dərsiniz “Konstitusiya və Suverenlik ili”nə həsr ediləcəkdir. Əminəm ki, sizin fədakar müəllimləriniz həmin dərsdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və qəhrəman oğullarımızın canı, qanı bahasına əldə edilmiş böyük Zəfər və Suverenlik Günü barədə Sizlərə geniş məlumatlar verəcəklər.

Məktəblilər onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və daha əzmlə oxuyacaqlarına söz veriblər.

Sonra tədbir iştirakçıları məktəb binasına daxil olub və yaradılmış şəraitlə tanış olublar.

Keçidlər