Göyçayda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri iləxəbərdarlıq toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 mart 2024-cü il tarixində Göyçay rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib.
Məşqə Regonal Mərkəzin aidiyyəti struktur bölmələri, Göyçay Rayon İcra Hakimiyyətinin mülki müdafiə qərargahı, müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələrinin - İctimai asayişin mühafizəsi xidmətinin, Yanğın təhlükəsizliyi xidmətinin, Tibb xidmətinin, Rabitə və xəbərdarlıq xidmətinin, Elektrik qəza xidmətinin, Qaz qəza xidmətinin, Su kanalizasiya qəza xidmətinin, Baytarlıq xidmətinin və digər xidmətlərin şəxsi heyəti və texnikaları cəlb olunub.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Cəlb olunan şəxsi heyət qarşısında çıxış edən Göyçay Rayon Fövqəladə Hallar Komissiyasının sədri Ayaz Səfərəliyev, Rayon İcra Hakimiyyətinin mülki müdafiə qərargahının rəisi İsmayıl Hüseynov və Aran Regional Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən Ruhan Nəsibov bildiriblər ki, ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir.
Məşqin keçirilməsində əsas məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılmasından və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılmasından, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsindən, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasından ibarətdir.