Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda həftəsonu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik və abadlıq işləri aparılıb

19 may 2024 | 21:31

Göyçay rayonu ərazisində həftəsonu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yol kənarlarında və qəbiristanlıq sahələrində təmizlik, eləcə də abadlıq işləri aparılıb.

Rayon icra hakimiyyəti başçısının Çaxırlı, Potu, Mallı Şıxlı, Bəydövül və Bığır kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə kəndlərarası avtomobil yollarının kənarları alaq otlarından təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılardan təmizlənib.

Qarabaqqal və Şəhadət kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan kəndlərin ərazisindən keçən hissələrində ağacların əhənglənməsi, alaq otların biçilməsi işləri görülüb.

Görülən işlərlə yanaşı qəbiristanlıq sahələrinin daim təmiz saxlanılması məqsədilə iməcliklər keçirilib.

Həftəsonu Ləkçılpaq, Mırtı, Çərəkə və Qaraməryəm kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, kənd bələdiyyələrinin təşəbbüsü və sakinlərin dəstəyi ilə keçirilən iməclik zamanı baxımsız qalmış qəbirlərin ətrafı təmizlənib, mövcud yaşıllıqlara aqrotexniki qulluq edilib.

İməcilik tədbirləri rayonun digər kəndlərində də davam etdirilib.

Keçidlər