Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda həftəsonları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində abadlıq və təmizlik işləri davam etdirilir

29 iyun 2024 | 12:34

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Göyçay rayonu ərazisində mütəmadi olaraq abadlıq, təmizlik, ağacəkmə aksiyaları keçirilir.

İyun ayının 29-da şəhərin müxtəlif küçələrində, eləcə də avtomobil yolu dairələrində Şəhər Təsərrüfatı Birliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 200-dən çox gül-çiçək kolları əkilib.

Həftəsonu rayonun Kürdşaban, Yenikənd və Alxasava kəndlərində  inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşəbbüsü və sakinlərin dəstəyi ilə keçirilən iməclik zamanı baxımsız qalmış qəbirlərin ətrafı təmizlənib, mövcud yaşıllıqlara aqrotexniki qulluq edilib.

Həmçinin rayon icra hakimiyyəti başçısının Aşağı Qaraməryəm, Çaxırlı, Şəhadət, İkinci Ərəbcəbirli, Cəyirli, Ləkçılpaq, Potu və Çərəkə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşkilatçılığı ilə kəndlərarası avtomobil yollarının kənarları alaq otlarından təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılardan təmizlənib.

Görülən işlərlə yanaşı Məlikkənd kəndinin giriş hissəsində olan şəhid Hüseynov Xəyyam Hüseyn oğlunun abidəsinin kənarlarında ağacların əhənglənməsi, alaq otların biçilməsi işləri görülüb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun digər kəndlərində də müxtəlif tədbirlərin keçirilməsi davam etdirilir.

Keçidlər