Göyçayda “Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində koordinasiyanın və birgə fəaliyyətin təşkili, eləcə də mövcud problemlər” mövzusunda dəyirmi masanın keçirilib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin 2025-ci tədris ili üçün Hazırlıq planının 20-ci bəndinə əsasən 23 sentyabr 2025-ci il tarixində Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında “Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində koordinasiyanın və birgə fəaliyyətin təşkili, eləcə də mövcud problemlər” mövzusunda dəyirmi masanın keçirilib.
İclasda Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, Göyçay rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin, eləcə də xidmət rəhbərləri iştirak ediblər.
Çıxış edənlər fövqəladə halların aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərinin keçirilməsində qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanaraq aidiyyatı qurumların iş birliyinin səmərəliliyi haqqında danışılıb.
Sonda mövzu ətrafında müzakirə aparılıb və suallar cavablandırılıb.






