Göyçayda “Erkən nikaha meyl salmağa dəyərmi” mövzusunda tədbir keçirilib
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyilə “Erkən nikaha meyl salmağa dəyərmi” mövzusunda növbəti tədbirini Göyçay rayonunun gənc və yeniyetmələri ilə həyata keçirib.
Tədbirdə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri və layihə rəhbəri Samirə Mustafayeva çıxış edərək gənclərə erkən və qohum nikahları, təhsildən yayınma və onların fəsadəları haqqında iştirakçılara geniş məlumat verib.
Digər çıxışçılar - layihənin ekspert-təlimçisi Nailə İsmayılova, Dağlıq Şirvan Regional nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov, Gənclərin Karyera və İnkişaf Mərkəzinin gənc mütəxəssisi Çinarə xanım, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəlliməsi Səbinə Qurbanova mövzu ilə bağlı öz fikirlərini gənclərlə bölüşüblər.