Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilir

08 yanvar 2025 | 18:56

Göyçay rayonunda istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması, enerji verilişində uzun müddət mövcud olan problemlərin aradan qaldırılması üçün elektrik təsərrüfatında yenidənqurulması işləri davam etdirilir.

08 yanvar 2025-ci il tarixdə Göyçay Elektrik Şəbəkəsi tərəfindən şəhərin Vidadi, Nizami və Əli Səmədli küçələrində yararsız vəziyyətdə olan 8 ədəd elektrik dirəyi metal dayaqlarla, 2 km məsafədə elektrik xətləri isə yeni sip kabellərlə dəyişdirilmişdir.

Həmçinin yenidənqurma işləri çərçivəsində bu günədək rayonun Çaxırlı, Məlikkənd, Müskürlü, Alpout, Bəydövül, Qızılağac, Şəkili və Şıxbəy kəndlərinin ərazisində olan elektrik transformatorlarında təmir işləri aparılaraq qaydaya salınmış, eləcə də qəzaların qısa vaxt ərzində aradan qaldırılması məqsədilə müxtəlif güclü transformator məntəqələrinə yeni ayırıcılar quraşdırılmışdır.

Keçidlər