Göyçayda əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması məqsədilə arxların betonlanması işlərinə başlanılıb
Rayon ərazisində əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması, eləcə də su itkisinin qarşısının alınması məqsədilə torpaq örtüklü kanal və arxların beton üzlüklə əvəz olunması istiqamətində işlərə başlanılıb.
Ötən həftədən başlayaraq Göyçay Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən mənbəyini Şirvan Suvarma kanalından götürən Çərəkə və Çərəcə suvarma arxlarında su ayırıcı şülüzlərin quraşdırılması və torpaq örtüyünün betonlanması tədbirləri görülür.
Qeyd edək ki, hazıra həmin kəndlərin suvarma suyu ilə təminatda aparılan təmir işləri ilə əlaqədar məhdudiyyətlər yaranmışdır.
Bununla yanaşı rayon ərazisində əkin sahələrinin vaxtında suvarılması, kəndlərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə arxlarının lil və çöküntülərdən təmizlənməsi işləri də paralel olaraq davam etdirilir.