Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!” adlı tədbir keçirilib

25 fevral 2024 | 12:44

Göyçayda Mərkəzi Aran Regional Təhsil İdarəsi, Ləkçılpaq kənd 1 nömrəli tam orta məktəbində Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin fərdi kateqoriyası üzrə qalibi “Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!” adlı layihənin yekun hesabat tədbiri keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev çıxış edərək layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, bölgələrdə bu kimi layihələrin icra olunması vacibdir.

Layihəni həyata keçirməkdə məqsəd Göyçay rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Məlumat verilib ki, Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz ingilis dili kursu fəaliyyət göstərib. İngilis dili kursunun təlim proqramına uyğun olaraq təlimçi Rəxşəndə Həmidova tərəfindən müdavimlərə ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqları öyrədilməklə kursun təlim proqramına uyğun olaraq "People", "Lifestyle", "Professions", "Travelling" bölmələrin tədris edildiyini vurğulayıb.

Layihənin eksperti Ziba Məmmədova kursda təhsil alan 15 şagirdin ilkin test imtahanının nəticələrinə əsasən seçildiyini, hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçirildiyini, ümumilikdə layihənin uğurla icra edildiyini, ingilis dili təlimlərinin, ümumilikdə layihənin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.

Sonda layihə çərçivəsində təşkil olunmuş kursu bitirən müdavimlərə diplom və sertifikatlar təqdim edilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər