Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Dövlət Suverenliyi Günü qeyd olunub

18 sentyabr 2026 | 13:03

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın milli maraqlarına söykənən siyasəti, sarsılmaz iradəsi və qətiyyəti, qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin canı və qanı bahasına qazanılmış tarixi Zəfərimizin və dövlət suverenliyimizin bərpasının əbədiləşdirilməsi məqsədilə cənab Prezidentin müvafiq Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.

Rayon Mədəniyyət Mərkəzinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı rəsm sərgisi və bədii kompozisiya nümayiş olunub.

Uca tanrıdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbr diləyirik!

 

Keçidlər