Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Dövlət qulluqçularının etik davranışı” mövzusunda təlim keçirildi

06 noyabr 2023 | 15:27

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 8.10.1-ci bəndinin icrası ilə bağlı rayon İcra Hakimiyyətində və rayon ərazisində fəaliyyət göstərən digər dövlət orqanlarında çalışan dövlət qulluqçularının iştirakı ilə “Dövlət qulluqçularının etik davranışı” mövzusunda təlim keçirildi.

Tədbirdə çıxış edənlər dövlət qulluğunda etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər barədə məlumat veriblər.

Qeyd olunub ki, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməlidir.

Dövlət qulluqçularının gündəlik xidməti fəaliyyətlərində vətəndaşların hüquq və azadlıqlarının qorunması, humanizm və digər demokratik prinsiplərə, etik davranış normalarına uyğun öz vəzifələrinin icrasını vicdanla, peşəkarcasına yerinə yetirməyin, eyni zamanda bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalarının vacibliyini diqqətə çatdırdılar.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər