Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda dövlət qulluqçuları və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə təlimlər keçirilib

29 sentyabr 2023 | 08:53

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 30 dekabr 2022-ci il tarixli 3696 nömrəli Sərəncamının 3.2 bəndində nəzərdə tutulmuş Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlimlər keçirilib.

26 sentyabr – 29 sentyabr 2023-cü il tarixlərində Göyçayda “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik”, “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, həmçinin “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında dövlət qulluqçuları və Göyçay Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə təlimlər baş tutub.

Təlimlər zamanı mövzular çərçivəsində müvafiq məlumatlar verilib və müzakirə aparılmaqla suallar cavablandırılıb. 

Keçidlər