Göyçayda dövlət qulluqçuları üçün təlimlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilmişdir.
22-25 oktyabr 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin nümayəndələri tərəfindən Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında rayon icra hakimiyyəti əməkdaşlarının və rayonda dövlət qulluğunda çalışan şəxslərin iştirakı ilə “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” və “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.
Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.